Mitinqdə kim nədən danışdı? Əsas fikirləri topladıq.

Bu gün müxalifətin "Məhsul" stadionunda növbəti birgə mitinqi keçirilib. Saat 15:00-da başlayan mitinqin əsas şüarları “Erməni terrorunu lənətləyirik”, “Azad seçki”, “Korrupsiyaya yox” olub. Mitinqdə səslənən fikirləri çatdırırıq.

Mikroskop Media
Created by Mikroskop Media (User Generated Content*)User Generated Content is not posted by anyone affiliated with, or on behalf of, Playbuzz.com.
On Mar 31, 2018
Help Translate This Item

Əli Kərimli

Əli Kərimli say

“O məşum gündən 100 il ötür. 100 il bundan qabaq qarı düşmən o qədər həyasızlaşmışdı ki, Bakının özündə belə, Azərbaycanın ürəyində bizim soydaşlarımızı yalnız bu xalqa mənsub olduğuna görə qırırdılar. On minlərlə insanımızı qırdılar və bir əsrdi ki, erməni terroru, işğalı davam edir. 1 əsrdi ki, bizə qarşı bu cinayətə dünya tərəfindən düzgün, ədalətli qiymət verilməyib. Bir əsrdir ki, bu terrorçuluq durdurulmayıb. 25 ildir ki, Azərnaycan torpaqları işğal altındadır. Qarabağı işğal altında olan bir millət ayaq üstdə olmalıdır. Nə yaxşı ki, burdasınız və biz hamılıqla həm dünyadan, həm də Qarabağın azad edilməsi üçün səy göstərməyən Azərbaycan hakimiyyətindən birlikdə və uca səslə Qarabağı istəyirik!” 

Tofiq Yaqublu

Tofiq Yaqublu say

“Hələ bilmirdik bu yolun axırında bizi nə gözləyir. Sonra vətən müharibəsi başladı, onda İlham Əliyev harada idi? Moskvada kurtka alveri ilə məşğul idi, kazinolarda gəzirdi. O ilk dəfə Azərbaycana gəlməyə bilirsiz nə vaxt cürət elədi? Heydər Əliyev hakimiyyətə gələndə. Ancaq onda cürət edib Azərbaycana gəldi. Bir məsələni sizə deyim, təsəvvür edin. Köhnə Azərbaycan nəinki SSRİ-də, bütün dünyada neft akademiyası sayılırdı. Dünyanın ən güclü neft mütəxəssisləri bizdə var idi və Azərbaycan təzəcə müstəqillik qazananda ölkədə səviyyəli diplomatlar, ingilisdilli mütəxəssislər yox dərəcəsində idi, İlham Əliyev Moskva Beynəlxalq Münasibətlər Universitetini bitirmişdi və Azərbaycanda tək-tük adamlardan biri idi ki, ingiliscə mükəmməl bilirdi və diplomatiyanı bilirdi. Amma Heydər Əliyev gətirib onu hara təyin etdi? Neft Şirkətinə. Çünki orada pul var idi. Niyə onu xarici işlər naziri təyin etmədi? Bunların Azərbaycanı talamaqdan başqa heç bir məqsədləri yoxdur. Ancaq talamaq. Bu 7 il məsələsi niyə ortaya atılıb? Çünki oğurlamağa yenə var; qaz var, neft var, bitib tükənməyib hələ çox oğurlamaq imkanı var”. 

Tofiq Yaqublu

Tofiq Yaqublu say

“Bu adam hətta nə danışdığının fərqində deyil. Bu adam deyir ki, biz İrəvanı da alacağıq. Bəlkə də kimlər üçün bu populist şüar patriotik şüar kimi görünə bilər. Tam ermənilərin dəyirmanın su tökməkdir. Çünki Ermənistan həmin sərhədlərlə, həmin paytaxtla dünya birliyi tərəfindən qəbul olunub, BMT-nin üzvüdür, Azərbaycan da, Türkiyə də onun sərhədlərini tanıyır. Ancaq bu danışıqlarda erməni tərəfinə kart blanş verir və göstərir ki, baxın, azərbaycanlılar, İrəvanı istəyirlərsə, burada haqsızdırlarsa, deməli Qarabağı istəməkdə də haqsızdırlar. Bu, ermənilərə yardım məsələsidir".

Cəmil Həsənli

Cəmil Həsənli say

“Bu qədər intellektual, mədəni potensialı olan bu ölkədə 8 nəfər oyuncaq çıxarıblar ortaya və seçki adı ilə məzhəkə keçirirlər. Hansı seçkidən söhbət gedə bilər? Azərbaycanda millətin seçki hüququnu, seçki haqqını Əliyevlər, o cümlədən İlham Əliyev mənimsəyib. Azərbayca Konstitusiyasına görə Azərbaycan xalqının seçki hüququnun əlindən alınması xalqa qarşı ən böyük cinayətdir. Burada seçkidən söhbət gedə bilməz, burada əsrin cinayəti baş verir. 

Arif Hacılı

Arif Hacılı say

“Azərbaycan korrupsiyaya görə, siyasi məhbusların sayına görə dünya lideridiri. Ancaq Azərbaycanın mənafelərinə aid olan bütün məsələlərdə geridə qalır. Azaərbaycan azadlıq indeksinə görə dünyanın ən geridə qalan ölkələrindən biridir. Bu gün 150-dən çox siyasi məhbusumuz var. Bu, Azərbaycan xalqının mübarizəsinin göstəricisidir. Azərabycan cəmiyyəti avtoritarizmə müqavimət göstərir, sadəcə olaraq Azərbaycan hakimiyyəti cəmiyyətə qarşı həddindən artıq amansızdır. Müxalifətin resurslarını onun əlindən alır, daim bu istiqamətdə düşünür, amma Azərbaycanın daxili, xarici və iqtisadi siyasəti sahəsində düşüncələri yoxdur. Azərbaycan yalnız siyasi sahədə, xarici siyasət sahəsində, diplomatiya sahəsində deyil, iqtisadi sahədə də uçurum, bataqlıq içərisindədir. Artur Rasizadə 2017-ci ilin iqtisadi göstəriciləri ilə bağlı hesabat verərkən, ümumdaxili məhsul haqqında danışarkən 14 ilin nəticələrindən danışır. Halbuki, 2017-ci ildə Azərbaycanda ümumdaxili məhsulun həcmi nəinki artıb, əksinə azalıb”. 

These are 10 of the World CRAZIEST Ice Cream Flavors
Created by Tal Garner
On Nov 18, 2021