Diktatorların menyusunda nə olub?

Son illər aparılan araşdırmalar göstərir ki, insanın qəbul etdiyi qidaların da birbaşa xarakterə təsiri var. Bu da diktatorların menyularında nəyin olduğu sualını doğurur.
Məşhur diktatorların menyusuna nələr daxil idi?

Mikroskop Media
Created by Mikroskop Media (User Generated Content*)User Generated Content is not posted by anyone affiliated with, or on behalf of, Playbuzz.com.
On Apr 25, 2018
Help Translate This Item
1

Adolf Hitler

İnsanları qaz otaqlarına doldurtduran Hitler vegeteriyan olub. Tarixi mənbələr isə göstərir ki, Hitler özünü vegeteriyan kimi təqdim etsə də, arada bir ət yeməkləri yeyirdi. Ət və xəmir xörəklərinə bir o qədər üstünlük verməməyinin səbəbi həzm sistemindəki problemlər olub.

O da digər diktatorlar kimi zəhərlənməkdən qorxurdu. Hitlerin düz 15 nəfər qida dadan işçisi var idi. Yeməklərin dadına öncə onlar baxırdılar, 1 saat ərzində ölməsələr, yemək Hitlerin süfrəsinə gətirilirdi.
Hitler ən çox aşbaz Marqit Volfa etimad edirdi. Marqit Volf sonralar xatirələrində Hitlerin xüsusi sousla hazırlanan tərəvəz xörəyini və xəmirli tərəvəz şorbasını, közdə bişmiş qırmızı bibəri, həmçinin, plovu çox sevdiyini yazıb.

Hitler ölümündən öncəki bir neçə ayda təkcə kartof püresi və ət suyu ilə qidalanıb.

2

Benitto Mussolini

Diktator hər fürsətdə Fransız mətbəxini pisləyib, ən ləzzətli yeməklərin İtalyaya məxsus olduğunu deyirdi. Yeməyini evdə, həyat yoldaşı və 5 övladı ilə birgə yeməyə üstünlük verən diktator üçün yeməyi hər gün eyni vaxtda yemək vacib idi. Çox sürətlə yeyən Mussolinin yaşlandıqca italyan mətbəxinə olan marağı azalıb. Mahatma Qandi və Bernard Şouya heyran olduğu üçün onların izi ilə gedib vegeteriyan olmağa qərar verib. Həmin dövrdə ən çox sevdiyi yemək limon şirəsi və zeytun yağı ilə dadlandırılan yabanı sarımsaq salatı idi. Hər axşam bu salatdan iki porsiya yeyirdi. Vəziyyət o yerdə idi ki, həyat yoldaşı Raşel Mussolinidən sarımsaq qoxusu gəldiyinə görə onunla eyni otaqda yatmırdı.

3

Səddam Hüseyn

Kökəlmək istəmədiyi üçün kiçik porsiyalarla qidalanırdı. Buna baxmayaraq, boşqabındakı yeməyin də yarısını yeyirdi. Təmizlik onun üçün çox əhəmiyyətli idi. Tez-tez mətbəxə baş çəkir, hər şeyin təmiz və gigiyenik qaydalara uyğun olub-olmadığına nəzarət edirdi.

Səhər yeməyi zamanı süfrəsində ancaq bunlar olurdu: dəvə südü, çörək və bal.
Ən çox dəniz məhsullarından hazırlanan xörəkləri bəyənirdi. Balıq gündəlik menyusunda mütləq yer alırdı. Xərçəngi də balıq qədər sevirdi.

Ən sevdiyi yemək şirinsu balığı kefaldan və ya alabalıqdan hazırlanan "Masgouf" idi. Deyilənə görə, Fransa prezidenti Jak Şirak İraqa səfəri zamanı bu yeməyi yeyib çox bəyənir. Bunu eşidən Səddam prezidentin təyyarəsinə 1.5 ton kefal və yeməyin hazırlanması üçün lazım olan digər məhsulları göndərir. Bununla da kifayətlənməyən Səddam iki ən yaxşı aşbazını da Jak Şirakın xidmətinə verir.

4

Müəmmar Qəddafi

Liviyanın keçmiş lideri hər gün 1 litr dəvə südü içirdi. O da İtaliya mətbəxinə heyran olub, xüsusilə də, makarona. Makaron yeməkdən bezmirdi. Ən sevdiyi yemək makarondan hazırlanan "Mbekbka" idi.
Bu yeməyi hazırlamaq isə olduqca asandır. Bunun üçün makaronu tərkibində soğan, pomidor tomatı, acı qırmızı istiot və sarıkökdən ibarət sousla birgə bişirmək lazımdır. Yeməyi daha dadlı etmək üçün isə quzu əti, noxud və sarımsaq da əlavə olunur. Yemək təzə limon şirəsi və qızardılmış çörəklə süfrəyə verilir.

Qəddafi yeməklərin zeytunyağı ilə bişirilməsini istəyirdi. Səhər yeməyində qızğın qumda bişmiş çörəklə yumurta yeyirdi. Həzmi yaxşılaşdırdığı üçün yeməkdən biraz sonra yaşıl çay içirdi.

These are 10 of the World CRAZIEST Ice Cream Flavors
Created by Tal Garner
On Nov 18, 2021